BMT Ermənistanda insan haqlarının pozulmasından narahatlığını bildirib

BMT Ermənistanda insan haqlarının pozulmasından narahatlığını bildirib

BMT-nin İnsan Hüquqları üzrə Komitəsi Ermənistanda dinc toplaşmaq azadlığının əsassız məhdudlaşdırılması, polisin dinc nümayişlərə müdaxiləsi və etirazçıların qanunsuz saxlanmasından narahatlığını bildirib.

Bu barədə BMT-nin mətbuat xidmətinin yaydığı hesabatda bildirilib.

Sənədin müəllifləri Ermənistana nümayişlərdə polis əməkdaşlarının sayını azaltmağı, həmçinin həddindən artıq güc tətbiqi, əsassız saxlanılmalar və həbslərlə bağlı bütün iddiaları araşdırmağı tövsiyə edib.

Komitə üzvləri Ermənistanı BMT-nin daxili qanunvericiliyinin “Hüquq Mühafizə Orqanlarının Əməkdaşları tərəfindən Güc və Odlu Silahdan İstifadəyə dair Birləşmiş Millətlər Təşkilatının əsas Prinsipləri”nə və “hüquq-mühafizə orqanlarında öldürücü səviyyəsi aşağı olan silahlardan istifadəyə dair insan hüquqlarına hörmətlə bağlı təlimatlar”a tam uyğun olmasını təmin etməyə çağırıblar.

Məhkəmələrin müstəqilliyinə gəlincə, komitə icra və qanunverici hakimiyyət orqanlarının onlara təsirindən narahatlığını bildirib. Ekspertlərin hakim və prokurorların seçilməsi, təyinatı və vəzifədən azad edilməsi prosedurları ilə bağlı sualları ortaya çıxıb.

Komitə üzvləri Ermənistana hakimlərin və prokurorların istənilən formada təzyiq və müdaxilələrdən müdafiəsini təmin etməyi, həmçinin onların təhlükəsizliyinə zəmanət verməyi tövsiyə ediblər.

Mənbə: Anadolu Agentliyi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ