Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini A.Qəniyev Yasamal rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 29 qrama yaxın metafetamin, 217 ədəd “Paden 300” preqabalin, 364 ədəd “Alyse” preqabalin və 424 ədəd ekstazi həbləri aşkar edilərək götürülüb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ