Sərdar Cəlaloğlu da koronavirusa yoluxdu



Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ailə üzvləri ilə birlikdə koronavirusa yoluxub.


Virtualaz.org bildirir ki, bunu yerli KİV-ə müsahibəsində S.Cəlaloğlu özü deyib.

Partiya rəhbəri qeyd edib ki, ailə üzvləri ilə birlikdə 10 günə yaxın ev şəraitində müalicə olunublar, lakin səhhətlərində kəskin pisləşmədən sonra xəstəxanaya yerləşdiriliblər.

"Bizi klinikada təxminən on gün müalicə etdilər. İndi evdəyik. Demək olar ki, hamımız sağalmışıq. Lakin qalıq əlamətlərinə görə bəzi dərman və vitaminləri qəbul etməyə davam edirik", - deyə siyasətçi müalicə olunduqları klinikadakı şəraitdən razı qaldığını bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ