Azərbaycan Kubokunun final matçı: “Sumqayıt” hesabı açdı - YENİLƏNİR

Azərbaycan Kubokunun final matçı: “Sumqayıt” hesabı açdı - YENİLƏNİR

Azərbaycan Kubokunun final matçında hesab açılıb.

“Sumqayıt” 3-cü dəqiqədə Əli Qurbani ilə oyunda önə keçib.

19:37

Futbol üzrə Azərbaycan Kubokunun final matçında “Keşlə” və “Sumqayıt” klubları üz-üzə gəlir.

Saat 19:30-da başlamış oyuna komandalar aşağıdakı start heyətləri ilə çıxıblar.

“Keşlə”: 1. Stanislav Namaşko 19. Azər Salahlı 7. Rəhman Hacıyev 8. Tural Axundov 4. Şəhriyar Əliyev (k) 21. Miyusko Boyoviç 10. Sezar Meza Kolli 11. Silvio Rodriqes 91. Sadio Tonkara 9. Anatole Abanq 99. Rafael Məhərrəmli

Ehtiyat oyunçular: 85. Kamal Bayramov 27. Əkpər Vəliyev 3. Tərlan Quliyev 18. Ruslan Əmircanov 2. İlkin Qırtımov 20. Rail Məlikov 23. Nicat Qurbanov 25. Con Kamara 22. Elçin Mustafayev 14. Turan Vəlizadə 79. Bahadur Həziyev 44. Sərcan Omarov

Baş məşqçi: Sənan Qurbanov

“Sumqayıt”: 13. Aydın Bayramov 97. Xəyal Nəcəfov 14. Elvin Bədəlov 6. Vüqar Mustafayev (k) 10. Rəhim Sadıxov 7. Tellur Mütəllimov 5. Cəmaləddin Xocaniyazov 9. Əli Qurbani 4. Höccət Haqverdi 17. Murad Xaçayev 18. Süleyman Əhmədov

Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 71. Hüseynəli Quliyev 3. Vurğun Hüseynov 60. Elvin Məmmədov 33. Eltun Turabov 22. Cavid İmamverdiyev 78. Dmitro Nağıyev 21. Cabir Əmirli 11. Mehdi Şərifi 30. Nəbi Məmmədov 20. Rüfət Abdullazadə 8. Səbuhi Abdullazadə

Baş məşqçi: Ayxan Abbasov

Hazırda oyunda hesab açılmayıb.

12:36

Bu gün futbol üzrə 28-ci Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək.

Oxu.Az xəbər verir ki, finalda Azərbaycan çempionatının bürünc medallarını ilk dəfə qazanmış “Sumqayıt”la Premyer Liqanı altıncı sırada başa vurmuş “Keşlə” qarşılaşacaq.

Masazır qəsəbəsində “Sabah” klubunun ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da keçiriləcək görüşdə nominal meydan sahibləri “Keşlə”dir. FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi görüşdə “Sumqayıt” ardıcıl ikinci dəfə final oynayacaq. 2019-cu ildə (ötən il pandemiyaya görə kubok yarışları yarımçıq saxlanılıb – S.M.) Naxçıvandakı finalda “Qəbələ”yə 0:1 uduzaraq şansını əldən vermiş “Sumqayıt” klub tarixində daha bir ilki yaşamaq üçün qalib gəlmək istəyir.

Ancaq bu matç “Keşlə” üçün daha vacibdir. Mövsümü uğursuz keçirən ötən mövsümün bürünc mükafatçısı avrokuboklara vəsiqə qazanmaq üçün mütləq bu matçda qalib gəlməlidir. Belə olacağı halda, “Keşlə” “Qarabağ” və “Sumqayıt” kimi Avropa Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq. “Keşlə”nin qələbəsi onun qazandığı ikinci Azərbaycan Kuboku olacaq. Qəsəbə klubu bu adla çıxış edəndən ilk dəfə 2018-ci ildə Qəbələdə meydan sahiblərini 1:0 məğlub edərək bu uğura imza atmışdı.

Premyer Liqada bu komandaların qarşılaşdığı dörd oyuna əsasən “Sumqayıt” üstündür. Sumqayıt klubu iki dəfə, Bakı komandası isə bir dəfə 1:0 hesabı ilə qələbə qazanıb. Daha bir matçda 2:2 hesabı qeydə alınıb.

Onu da bildirək ki, bu matçda “Keşlə” uduzacağı halda, avrokuboklarda çempionatın dördüncüsü kimi “Zirə” çıxış edəcək.

Qeyd edək ki, bu matçla Azərbaycanda 2020/21 futbol mövsümü rəsmən başa çatacaq.

24 may

19:30 “Keşlə” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Ehtiyat köməkçi hakim: Elşad Abdullayev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Abşeron. “Bank Respublika Arena”

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ