Bakıda motosiklet sürücüsündən qanunsuzluq: Polis hərəkətə keçdi

Bakıda motosiklet sürücüsündən qanunsuzluq: Polis hərəkətə keçdi

Bakıda sosial şəbəkələrdə yayılan videoda motosiklet sürücüsünün qanunsuz hərəkətləri ilə bağlı polis araşdırma aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində həmin şəxsin kimliyi müəyyənləşib.

Məlum olub ki, həmin şəxs 99-C-734 nömrəli motosikleti idarə edən Əli Hidayətzadə olub.

O, səhvini etiraf edib.

Ə.Hidayətzadə barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Onun barəsində qərarı məhkəmə verəcək.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ