Kolumbiyalı futbolçu: “Qarabağ”ın uğurunu bu ilin nəticəsi adlandırmazdım”

Kolumbiyalı futbolçu: “Qarabağ”ın uğurunu bu ilin nəticəsi adlandırmazdım”

“Premyer Liqa və UEFA Konfrans Liqasında vəziyyətimiz yaxşıdır. Yaranmış fasilədə də öz üzərimizdə çalışmalıyıq. İnkişaf etmək və oyunumuzu təkmilləşdirmək üçün mümkün qədər daha çox məşq etməliyik”.

Axın.az-ın xəbərinə görə, bu fikirləri “Qarabağ”ın futbolçusu Kevin Medina deyib.

28 yaşlı mərkəz müdafiəçisi oyun ritmini qorumaq üçün çalışmağa davam etdiklərini bildirib:

“Premyer Liqada hazırda liderik və oyunlarımız asan keçmir. Bütün rəqiblər xal almağa və qalib gəlməyə çalışırlar. Konfrans Liqasında qrup mərhələsinin başa çatmasına iki tur qalsa da, növbəti mərhələyə yüksəlməyi təmin etdik”.

Kolumbiyalı Kevin Medina bütün azarkeşlər kimi oyunçuların da tarixi uğura çox sevindiyini söyləyib:

“Ancaq mən uğurumuzu bu ilin nəticəsi adlandırmazdım. Çünki “Qarabağ” ardıcıl 8-ci dəfədir qrup mərhələsində oynayır. Bu uğur uzun illər çəkilmiş zəhmətin nəticəsidir. Biz səkkiz il ərzində toplanmış təcrübənin bəhrəsini görürük. Deməli, bu uğura nail olmaq indiki komandanın qismətində imiş. Azarkeşlərimizə də bizi daim dəstəklədikləri üçün təşəkkür edirəm”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ