Bu gün daha üç milli komanda futbol üzrə dünya çempionatına vəsiqə qazana bilər

Bu gün daha üç milli komanda futbol üzrə dünya çempionatına vəsiqə qazana bilər

Bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində Avropa zonasında daha yeddi matç keçiriləcək.

Axın.az-ın xəbərinə görə, üç qrupda keçirilən qarşılaşmalardan sonra Fransa, Belçika və Niderland milliləri dünya çempionatına vəsiqəni vaxtından əvvəl qazana bilər.

Hər üç komanda bunun üçün qalib gəlməlidir. İlk iki komandadan fərqli olaraq, Niderlandın mundiala vəsiqə qazanması üçün qrup ikincisi olan Norveçin də xal itirməsi lazımdır.

DÇ-2022-nin seçmə mərhələsi

D qrupu

18:00 Bosniya və Herseqovina – Finlandiya

23:45 Fransa – Qazaxıstan

E qrupu

23:45 Uels – Belarus

23:45 Belçika – Estoniya

G qrupu

21:00 Norveç - Latviya

21:00 Türkiyə – Cəbəllüttariq

23:45 Monteneqro – Niderland

Qeyd edək ki, Qətərdə keçiriləcək mundialda meydan sahiblərindən başqa, Avropadan Almaniya və Danimarkanın, Cənubi Amerikadan Braziliyanın iştirakı rəsmiləşib.

Səbuhi Musayev

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ