Azərbaycan mobil interneti ucuz olan ölkələr sırasına daxil olub


Britaniyanın “Cable.co.uk” internet portalının mütəxəssisləri dünyada genişzolaqlı internetin qiymət əlçatanlığı ilə əlaqədar ölkələrin reytingini tərtib ediblər.

Azərbaycan postsovet ölkələri arasında mobil internetin daha əlçatan olan ölkələr sırasına daxil olub. Belə ki, ölkə istifadəçilərinə 1GB mobil internetin trafiki orta hesabla 1,82 ABŞ dollara başa gəlir (1GB – 3,1 manat). Siyahıda ölkəmiz 100-cü yerdə qərarlaşıb.

Hesabatda dünyada ən ucuz mobil internetin İsraildə (1GB - 0,05 dollar) və ən bahalı isə Ekvatorial Qvineyada (1GB – 49,67 dollar) olduğu bildirilir. İnternetin ən ucuz olduğu ölkələr sırasına, həmçinin Qırğızıstan (1GB – 0,15 dollar), Fici adaları (1GB – 0,19 dollar), İtaliya və Sudan daxildir (1GB – 0,27 dollar). İnternetin ən bahalı olduğu ölkələr sırasında Folkland adaları (1GB – 44,56 dollar), Müqəddəs Yelena adası (1GB – 39,87 dollar), San-Tome və Prinsipi Demokratik Respublikası (1GB - 30,97 dollar), Malavi (1GB – 25,46 dollar) qərarlaşıb.

“Cable.co.uk” internet portalının tərtib etdiyi cədvəldə 230 ölkə arasında ən ucuz mobil internetin ucuz qiymətinə görə Türkiyə 2-ci, Rusiya 6-cı, Belarus isə 13-cü sıradadır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ