Azərbaycana xaricdən 50 milyon dollarlıq geyim əşyaları gətirilib


Bu ilin yanvar-mart aylarında Azərbaycana 50 milyon 851 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 999 min ABŞ dolları (13.5%) azdır.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycana 58 milyon 850 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

Hesabat dövründə geyim əşyaları və geyim üçün ləvazimatların idxalı ümumi idxalın 2.01-ni təşkil edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ