SOCAR Rusiya qazının tranzitini tamamlayıb


SOCAR və Rusiyanın "Qazprom Export" şirkətləri arasında imzalanmış qısamüddətli müqavilə (1 ay müddətinə) çərçivəsində qazın nəqli prosesi artıq tamamlanıb.

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, qazın tranziti prosesi aprel ayının 14-də başa çatıb.

Qeyd edək ki, tərəflər müqavilə çərçivəsində 150 mln. kubmetr civarında qazın nəqli barəsində razılığa gəlmişdilər. Lakin İ. Əhmədov kommersiya sirri səbəbindən son rəqəmi açıqlamayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ