Türkiyədə ər arvadının üzərinə benzin tökərək onu yandırdı


Dünən Türkiyənin Təkirdağ şəhərində ər arvadının üzərinə benzin tökərək onu yandırıb.

Lia.az "HaberTürk"ə istinadən xəbər verir ki, 29 yaşlı Əkrəm A. arvadı Ayşənin üzərinə benzin tökərək onu yandırmağa çalışıb. Alovları söndürməyə cəhd etsə də, o, qorxusundan hadisə yerindən uzaqlaşıb.

Ətrafdakı insanlar tərəfindən xəstəxanaya çatdırılan qadın hazırda İstanbul xəstəxanasında müalicə alır.

Əkrəm A jandarm qrupları tərəfindən saxlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ