“Paşinyan hakimiyyəti ona ötürəcək” – Qərbin Ermənistandakı “ikinci kartı” kimdir?

“Paşinyan hakimiyyəti ona ötürəcək” – Qərbin Ermənistandakı “ikinci kartı” kimdir?

"Ter-Petrosyanın tərəfdarlarının sayı günbəgün artır. Bunun da səbəbi sabiq prezidentin 44 günlük müharibədən sonra bölgədə yaranmış geosiyasi reallığa münasibətdə daha praqmatik mövqe sərgiləməsidir”.

Bu sözləri Lia.Az-a açıqlamasında Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın növbədənkənar parlament seçkilərindəki şanslarını dəyərləndirərkən, politoloq Elşən Mirzəoğlu deyib:

"Ter-Petrosyanın arxasında həm Ermənistandakı siyasi dairələrin müəyyən hissəsi, həm də elektoral bazanın əhəmiyyətli hissəsi dayanır. Petrosyan belə bir mövqe ortaya qoyub ki, erməni dövlətçiliyinin tam iflasa uğramasının qarşısını almaq üçün Ermənistan hakimiyyəti siyasətini koordinal şəkildə dəyişməlidir”.

Həmsöhbətimiz keçmiş prezidentin verdiyi bəyanata istinad edərək bu qənaətə gəlib ki, onun seçkilərə qatılmasında xarici güc mərkəzlərinin də rolu var: "Paşinyan Ermənistanın siyasətini Qərbə yönəldəcəyilə bağlı ABŞ-ın ümidlərini tam olaraq doğrultmadı. Qarşıdakı seçkilərdə Paşinyanın imkanları yüksək qiymətləndirilsə də, onun koalisiya hökuməti qurmaq məcburiyyətində qalacağı da istisna deyil”.

Politoloq düşünür ki, seçkilərdən bir müddət sonra hakimiyyətin Ter-Petrosyana ötürülməsinə şahidlik edə bilərik: "Düşünürəm ki, seçkilərdə hətta Paşinyan qalib gəlsə belə, keçid dövründə səlahiyyətlər Ter-Petrosyana veriləcək. Onun seçkilərə qatılmasının əsas məqsədi də budur.

Ən yaxşı halda seçkilərdən sonra Paşinyan koalision hökumətin qurulmasına nail olacaq. Bu koalisyon hökumətin tərkibində Ter-Petrosyanın tərəfdarları, hətta onun özü də ola bilər. Müəyyən zamandan sonra isə hakimiyyətin tam olaraq Ter-Petrosyana ötürülməsi gerçəkləşə bilər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ