Mövlud Çavuşoğlu Zəfər Günü barədə: “Əsrə bərabər gün”

Mövlud Çavuşoğlu Zəfər Günü barədə: “Əsrə bərabər gün”

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Zəfər Gününü “əsrə bərabər gün” adlandırıb.

Bu barədə o, VIII Türk Şurası Zirvəsi Xarici İşlər Nazirlər Şurasının İstanbulda keçirilən iclasında bildirib:

“8 noyabr Can Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin ildönümü idi. Türk dünyasının böyük yazarı Çingiz Aytmatovun ifadəsindən ilhamlanaraq, bu tarixin əsrə bərabər bir gün olduğunu deyəcəm”.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycanın Zəfəri bölgəmizdə davamlı sülh, əmin-amanlıq, tərəqqi fürsətinin yolunu da açdı.

“Qardaş Azərbaycanın Zəfər Gününü və Bayraq Gününü yenidən təbrik edirəm”, - deyə Çavuşoğlu bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ