Yayda burun əməliyyat keçirmək olarmı? -Həkim cavabı


Bəzi insanlar yay aylarında burun əməliyyatı olmaz deyə düşünürlər.

Medicina.az xəbər verir ki, türkiyəli həkim Erkan Soylu yayda əməliyyat olmağı düşünənlərə bir sıra məsləhətlər verib:

“”Yaz aylarında burnum daha çox şişər”, “qanama riskim daha yüksək olar” kimi düşünənlər az deyil. Əvvəla, onu deyim ki, yayda burun əməliyyatı olmaz deyə düşünmək tamamilə yanlışdır. Tibbdə yayda əməliyyat olunanların hansısa risk yaşaması ilə bağlı məlumat yoxdur. Hamı bilir ki, yay ayları hər kəsin istirahət etdiyi, dəniz, hovuz, günəş kimi ünsürlərin həyatımızda olduğu aylardır. Yayda əməliyyat olunmağı düşünən xəstələrimiz xüsusən tətillərini və əməliyyat tarixləri uyğun bir vaxta salmalıdırlar. Çünki əməliyyat sonrasında ilk bir ay üçün dəniz və xüsusən də hovuza girmək infeksiya baxımından riskli ola bilər. Rinoplastikadan sonra göz çevrəsində göyərmə və şişmə hər xəstədə fərqli miqdarda olsa da normal bir haldır. Üzdə yaranan bu rəng dəyişimləri adətən 10 gün ərzində tamamilə düzəlir. Bu insanlar 10 gün çöldə gəzərkən papaqdan istifadə etməli və günəş işiğının üzə təmasının qarşısını almalıdırlar.

Xəstələr ilk aydan sonra dənizə və ya hovuza girə, günəşlənə bilərlər. Amma bu zaman günəş kremindən istifadə etməlidirlər. Yay aylarında əməliyyat olunanların xüsusilə 1 ay üçün isti məkanlarda uzun müddət qalmaları düzgün deyil. Kölgədə və ya kondisioner havasında qalmaqları daha uyğundur. Rinoplastikadan sonra ilk iki ay üçün günəş eynəyini məsləhət görmürük. İkinci aydan sonra yüngül və burnu çox sıxmayan gözlüklərdən istifadə edə bilərlər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ