Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

Noyabrın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində dörd nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ